Əfsanəvi SONA MƏKTƏBİ (190 saylı məktəb; Zərxanım Ələkbərova müəllimə ilə müsahibə)
ToloshiSado ToloshiSado
65.1K subscribers
717 views
0

 Published On Sep 26, 2023

Əfsanəvi SONA MƏKTƏBİ…
Əziz Dostlar! Doğrusu, aşağıdakı filmimiz “ekspromt” ortaya çıxdı. Belə ki, (24 sentyabr 2023-ci il tarixdə) çoxdan görüşmədiyimiz uşaqlıq dostumuz Elmara baş çəkmişdik. Əvvəllər olduğu kimi, bu dəfə də mübarək Anası - bir vaxtlar (1960-1995) Bakı ş., 190 saylı məktəbin ən tanınmış müəllimlərindən sayılan, hal-hazırda 88 yaşlı Zərxanım Ələkbərova bu gün də bizi xeyli qayğı və mehribanlıqla qarşıladı, həmin qonaqpərvər süfrəsini açdı… Biz də məqam bilib onunla kiçik bir müsahibəmizi lentə aldıq. Sonra bu videoya 190 saylı məktəblə bağlı çəkilmiş tarixi sənədli filmlərdən, 60 il bu məktəbə rəhbərlik etmiş əfsanəvi direktoru Sona Hənifə qızı Tağıyeva (1916-2004) barədəki kitab və mahnılardan və özümüzün də həmin məktəbdəki (1977-78) müəllim praktikasındakı xatirələrdən bəzi epizodları daxil etdik.
Tələm-tələsik hazırladıq, odur ki, texniki ya digər qüsurlar da ola bilər, üzürlü bilin; Youtube kanalımızdakı linkini də şərh bölümündə paylaşırıq. Xahiş edirik ki həmin linki 189-190 saylı məktəbin tanış məzun və müəllimləri arasında da paylaşasınız. Fikirlərinizi öyrənmək də maraqlı olardı…
Allah əfsanəvi pedaqoqlar - Sona xanımı, Sadıq müəllimi və d. rəhmət, qalanlara, o cümlədən əzizimiz Zərxanım müəllimə uzun ömr bəxş etsin…
P.S. Dostlar, sonda “Məktəb illəri” mahnısının səsi müəlliflik hüququna görə kəsilə bilər, çalışarıq ki, bu qüsuru da aradan qaldıraq…
(Həmin filmin digər bu mahnısız variantını da youtube kanalımıza yükləmişik, şayəd bu pozulsa, yeni linki izləyə bilərsiniz)
https://m.facebook.com/story.php?stor...

show more

Share/Embed